Benzema Türkiyə klubuna keçə bilər

17:03 - 20 Avqust 2026

"Əl-Hilal"ın hücumçusu Kərim Benzema karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.

"Trabzonspor" fransalı forvardın xidmətində maraqlıdır. Türkiyə klubu 38 yaşlı futbolçuya illik 17 milyon avro maaş olmaqla 2 illik müqavilə təklif edib.

Qeyd edək ki, Kərim Benzema bu ilin fevralında "Əl-İttihad"dan "Əl-Hilal"a transfer olunub. Ulduz futbolçu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti