Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti qoluna imza atıb.
Sportal.az xəbər verir ki, Polşa çempionatının 6-cı turunda “Qurnik”lə (Zabje) qarşılaşan "Rakuv" 1:2 hesabı ilə məğlub olub.
Start heyətində meydana çıxan Emreli 79-cu dəqiqədə komandasının yeganə qoluna imza atıb. Mahir cari mövsümdə “Rakuv”un heyətində bütün turnirlərdə 11-ci oyununda 6-cı qolunu vurub.
Qeyd edək ki, Polşa çempionatında keçirdiyi 5 oyunun hamısında uduzan “Rakuv” 0 xalla sonuncu yeri tutur.
saytlarin hazirlanmasi
