FIBA Basketbol Çempionlar Liqasının rəsmi saytında 4-cü turun ən yaxşı oyunçusunu müəyyənləşdirmək üçün keçirilən səsvermə başa çatıb.
Sportal.az xəbər verir ki, səsvermədə iştirak edən beş basketbolçu arasında Azərbaycanın “Sabah” klubunun müdafiəçisi Cerri Bleyks də yer alıb. Səsvermənin nəticələrinə əsasən, 52 faiz səs toplayan Bleyks turun ən yaxşı oyunçusu seçilib.
Sözügedən turda “Sabah” doğma meydanda Türkiyənin “Trabzonspor” klubunu 91:72 hesabı ilə məğlub edib. Bu qarşılaşmada Bleyks 17 xal toplayıb, 4 ribaund edib və 9 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi

