"Tuhelə çatdırın ki, İspaniyada irqçilik yoxdur" - yığmanın baş məşqçisi

22:08 - 14 Noyabr 2026

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente İngiltərə ilə oyun öncəsi ölkədə irqçiliyin olmadığını bildirib.

Sportal.az xəbər verir ki, Millətlər Liqası çərçivəsində keçiriləcək qarşılaşma noyabrın 15-də Madriddəki “Metropolitano” stadionunda baş tutacaq. Bu, İngiltərə millisinin 2004-cü ildə “Santyaqo Bernabeu” stadionunda keçirdiyi və 0:1 hesabı ilə məğlub olduğu görüşdən sonra Madriddə ilk oyunu olacaq. Həmin qarşılaşma zamanı ingilis futbolçular azarkeşlərin irqçi təhqirlərinə məruz qalmışdılar.

Daha əvvəl İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel oyundan əvvəl futbolçularına UEFA-nın irqçiliklə mübarizə protokollarını xatırladacağını açıqlamışdı.

– Tuhel matçdan əvvəl futbolçularına irqçiliklə mübarizə protokolunu xatırladacağını bildirib. Bu mövzunun hələ də gündəmdə olması İspaniya futbolunda görüləsi işlərin qaldığını göstərirmi?

– Belə düşünmürəm. Tuhelə çatdırın ki, İspaniyada irqçilik yoxdur. Bunu açıq və birmənalı şəkildə deyirəm. Vəziyyət İngiltərədəki ilə tamamilə eynidir. Biz irqçi deyilik, – deyə de la Fuente bildirib.

Xəbər xətti