Azərbaycan Basketbol Liqasında 7-ci turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, turun açılış qarşılaşmasında son ölkə çempionu “Sabah” “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib.
Milli Gimnastika Arenasında təşkil olunan turun mərkəzi görüşü “bayquşlar”ın üstünlüyü ilə yekunlaşıb. Rəqibini 93:78 hesabı ilə məğlub edən “Sabah” növbəti qələbəsini qazanıb.
7-ci turun son qarşılaşmaları noyabrın 16-da keçiriləcək.
saytlarin hazirlanmasi

