"Brayton"un stadionu koronavirusla mübarizə mərkəzinə çevrildi

11:25 - 20 Aprel 2020

İngiltərənin "Brayton" klubunun stadionu koronavirusla mübarizə üçün fəaliyyət göstərəcək.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin ev oyunlarını keçirdiyi "Falmer" stadionunda COVID-19 testləri ediləcək.

 

Arenada gün ərzində 1000 insan analiz verəcək.

 

"Brayton" tibb xidmətində çalışan insanlara gələn oyunlarda istifadə etmək üçün 1000 bilet bağışlayacaq.

Xəbər xətti