Koronavirus pandemiyasına görə maaşları 12,5 faiz azaldan "Arsenal"da 3 futbolçu bu qərara qarşı çıxıb.
Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, həftəlik 350 min funt-sterlinq məvacib alan Məsut Özil endirimlə razılaşmayan futbolçulardan biridir. Türk əsilli futbolçu təklifi ilk dəfə qəbul etsə də, sonradan imtina edib.
Nəşr maaş endiriminə razı olmayan digər 2 futbolçunun adını açıqlamayıb.
31 yaşlı yarımmüdafiəçi bu mövsüm 23 oyunda 1 qol vurub, 3 assist edib.
saytlarin hazirlanmasi