İspaniyanın “Selta” klubu futbolçusu Pione Sistonu karantin qaydalarını pozduğu üçün 60 min avro cərimə edib.
Sportal.az xəbər verir ki, Uqanda əsilli danimarkalı futbolçu koronavirus epidemiyasının yüksək olduğu vaxt Kopenhagen şəhərinə avtomobili ilə icazəsiz yollanmışdı.
Daha sonra futbolçu klubun fərdi məşq proqramına əməl etməyib.
Danimarka millisinin üzvü 2016-cı ildə "Mitdyullann"dan 6 milyon avro qarşılığında Viqo klubuna keçib. 25 yaşlı yarımmüdafiəçi bu mövsüm 19 oyunda 2 qol vurub.
saytlarin hazirlanmasi