La Liqa iyunun 12-də bərpa edilə bilər

10:40 - 18 May 2020

İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas iyunun 12-də La Liqanı bərpa etməyə çalışacaqlarını deyib.

 

Sportal.az xəbər verir ki, qurum rəsmisi Almaniya Bundesliqasının bərpa edilməsindən nümunə götürdüklərini deyib:

 

"Bundesliqanın bərpasına çox sevindim və onları təbrik etdim. Çox vacib iş gördülər, onlarla qürur duyuram. Təqlid üçün örnəkdir. İspaniyada çempionatı ən yaxın zamanda bərpa etmək istəyirik. İyunun 12-nə hazırlaşırıq. Futbolçular da özlərinə gəlməlidir. Hər yeni mərhələ çoxlu insanla birgə olmağımıza şərait yaradır və diqqətli olmalıyıq. Təhlükəsizlik tədbirlərimizlə məşqdə virusa yoluxmaq demək olar mümkünsüzdür".

Xəbər xətti