"Xəzər" televiziyasının aparıcısı Sənan Abdullayev "Facebook" hesabında sabah Millətlər Liqasının 1-ci turunda Lüksemburqu qəbul edəcək Azərbaycan yığmasının yeni baş məşqçisi Canni De Byazi ilə bağlı fikirlərini paylaşıb.
Sportal.az xəbər verir ki, aparıcı italiyalı mütəxəssislə bağlı bunları qeyd edib:
"Canni De Byazini mümkün olduğu qədər diqqətlə izləməyə və dinləməyə çalışdım. Məncə, əcnəbilər içərisində hara gəldiyini hətta Robert Prosineçkidən də yaxşı anlayan biridir. Gözəl görüb ki, bu komandanın problemləri xirtdəyəcəndir. Bu milliyə indiki mərhələdə "taktika-maktika" boş şeydir.
İtalyan tərzi qazdan verib qəşəng "premiya" vədi ilə ən azı ilk iki oyundan həkimlərin təbirincə desək, "bədənin kəsilmiş-cırılmış yaraları" ilə, amma ölməmiş çıxmaq lazımdır. Sonra taktika, ən sonda heç inanmadığım çox çalışmaq mərhələsinə keçmək olar.
De Byazi özünü çox yuxarıdan aparmır. Rövnəq Abdullayevin əlini sıxıb, Elşad Nəsirovla Elxan Məmmədovun çiyninə toxunuşu bəlkə də mən oturuşumu-duruşumu bilən adamam mesajı idi. Yaşı çox olsa da, Berti Foqtsun gəldiyi gündəki durumundan daha gümrah və anlaqlı görünür.
Birinci mentaliteti dəyişməliyik dedi. Futbolçuları nəzərdə tuturdu təbii ki. Amma italyan mentaliteti - çılğınlığı ilə jurnalistlərimizin mentalitetinin toqquşmasının alov çıxaracağına da heç şübhə etmirəm".
saytlarin hazirlanmasi