Elmar Baxşıyev: "İmkanım olsaydı, özüm qol vurardım"

21:21 - 4 Aprel 2021

"Sabah" sonuncu yerdə olsa da, heyətində keyfiyyətli futbolçular var. Ümumi düşündüyümüz kimi komandanı ağır oyuna hazırlayırdıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqanın 21-ci turunda səfərdə "Sabah"a minimal hesabla məğlub olduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

 

"Komanda bu gün verilən tapşırığı yerinə yetirmək üçün maksumum çalışırdı. 90 dəqiqə komanda hücum edir, bu, mənim istəyimdir. Baxmayaraq ki, məğlub olmuşuq, komandanın oyunundan razı qaldım".

 

Baxşıyev son nöqtəni qoya bilmədiklərindən söhbət açıb: "İmkanım olsaydı gedib özüm qol vurardım. Amma mən kənardayam. Yənə deyirəm, yaxşı futbolçularımız çoxdur, şanssızlıq, bəzən adi stress vəziyyətində hücumu tamamlaya bilmirik. Oyun ərzində hücum etdik, çoxsaylı hücumlar yaratdıq. Bunu yaratmaq özü güc tələb edir. Planlı şəkildə hücuma çıxırıq, tamamlaya bilmirik".

 

O, eyni zamanda məğlubiyyətdə özünü günahkar sayıb: "Komanda uduzubsa, ilk növbədə məsuliyyəti daşıyan məşqçidir, amma komandanın oyun planında problem görmürəm, epizodları həmişə dəyərləndirə bilmirik".

Xəbər xətti