"Droqba və Lukaku bir-birinə çox bənzəyir"

“Çelsi”nin sabiq futbolçusu Co Koul Romelu Lukaku ilə Didye Droqbanı müqayisə edib.

Sportal.az xəbər verir ki, Koul hər 2 futbolçunun oxşar cəhətlərinin olduğunu bildirib:

"Droqba və Lukaku? Dəqiq bilirəm ki, bir-birilərinə çox bənzəyirlər. Hər şey təkcə meydanda olanlardan getmir. Fikrimcə, Lukaku Didyedən həm meydanda, həm də meydandan kənarda çox şey öyrənib. Romelu Droqba kimi paltardəyişmə otağında liderdi.

Liderlik Droqbanın xarakterində var, onu hamı sevirdi. Terri və Lempardın lider olduğunu deyirik, amma Didye də bu cür idi. Məhz bu mənada Lukaku ona bənzəyir. Didyenin statusuna çatması üçün çox yol var, amma həmin statusa yüksələcək potensiala da sahibdi. “Çelsi”yə döndükdən sonra komandaya xeyir vermək üçün alışıb-yanır”.

 

Tarix: 15 Sentyabr [10:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Sentyabr 2021
15  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio