Avropa Konfrans Liqası qrup mərhələsinin ilk turunda "Qarabağ" "Bazel"lə qarşılaşıb.
Sportal.az xəbər verir ki, İsveçrə təmsilçisinin baş məşqçisi Patrik Rahmen oyundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox sürətli oyun izlədik. Üstünlük “Qarabağ”ın tərəfndə idi. Rəqib pressinq edirdi. Son dəqiqələrdə bəxtimiz gətirdi. Çox temli oyun keçdi.
- Qrupun favoriti sayılan “Bazel” bu gün 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- Ümumi oyuxa baxsaq, biz bu gün 1 xal qazandıq. Üstünlük rəqibin tərəfində idi. Hücumlarımızın sonu yox idi.
- Püşkdən sonra daha güclü rəqiblər gözlədiyinizi demişdiz. Bu oyundan sonra da eyni fikirdəsiz?
- Mən belə söz deməmişəm. Azarkeşələr görə demişdim ki, bu rəqiblərə görə stadion dolmayacaq.
- Sizcə qrupun ən güclü komandaları “Qarabağ”la “Bazel”di?
- “Qarabağ” çox güclü rəqibdi. Dünən də dediyim kimi “Kayrat”la bağlı çox məlumatımız yoxdu. “Omoniya”ya gəlincə, Kiprdə oynamaq çox çətindi. “Qarabağ”a hörmətlə yanaşıram. İllərdi avrokubokların qrup mərhələsində oynayırlar.
- Bu oyunla qrupdan çıxacağınıza inanaırsız?
- Rəqib qapıya olan son 25 metrdə olan oyunu göstərsək, yox.
- Nəticədən razı qaldız?
- Bəli, nəticədə razıyam.
saytlarin hazirlanmasi