"Liverpul" və "Mançester Yunayted" "Barselona"lı üçün mübarizə aparacaq

16:17 - 11 Oktyabr 2021

İngiltərə nəhəngləri "Barselona"nın hücumçusu Usman Dembeleni heyətinə qatmaq istəyir.

 

Sportal.az xəbər verir ki, "Liverpul" və "Mançester Yunayted" fransalı oyunçu ilə yaxından maraqlanır. Premyer Liqa klubları Kataloniya təmsilçisini ilə müqaviləsi gələn ilin yayında başa çatacaq 24 yaşlı ön xətt oyunçusu üçün mübarizə aparacaq.

 

Dembelə "Barselona" ilə yeni sözləşmə imzalamaq niyyətində deyil. Bu səbəbdən də "Mançester Yunayted" və "Liverpul" azad agent statusunda olacaq futbolçunu heyətinə qatmaqda maraqlıdır.

 

Qeyd edək ki, Usman Dembele "Barselona"ya 2017-ci ildə Dortmund "Borussiya"sında 135 milyon avroya transfer olunub. O, La Liqa klubunun heyətində meydana çıxdığı 118 oyunda 30 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti