Gəncədə Futbol Akademiyası inşa ediləcək

15:33 - 14 Oktyabr 2021

Gəncə şəhər stadionunun ərazisində Məşq Mərkəzi və Futbol Akademiyası inşa olunacaq.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, bununla bağlı AFFA tender elan edib. Tender noyabrın 15-dək davam edəcək. İşlər isə 5 dekabr 2022-ci ildə bitəcək.

 

İş həcmində mövcud binanın sökülüb yerində yenisinin tikintisi nəzərdə tutulub. Xarici kommunikasiya xətləri, qazanxana tikintisi, yeraltı su rezervuarları, nasosxana, yarımstansiyanın tikintisi, çirkli suların anbarının tikintisi iş həcmində nəzərə alınmayıb.

Xəbər xətti