İlin ən yaxşı gənc futbolçusu məlum oldu

23:50 - 29 Noyabr 2021

"France Football" nəşrinin təsis etdiyi 2021-ci ilin ən yaxşı gənc futbolçusu mükafatının sahibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu ada "Barselona"nın və İspaniya milli komandasının üzvü Pedri layiq görülüb.19 yaşlı yarımmüdafiəçiyə mükafatı italiyalı futbol veteranı Fabio Kannavaro təqdim edib.

 

Pedri bu nominasiyada Cud Bellinqem ("Borussiya", İngiltərə), Meyson Qrivud ("Mançester Yunayted", İngiltərə) və Camal Musialanı ("Bavariya", Almaniya) qabaqlayıb.

 

Xəbər xətti