PSJ Premyer Liqadan futbolçu alır

21:23 - 5 Dekabr 2021

"Vulverhempton"un müdafiəçisi Rayan Ayt-Nuri PSJ-yə keçə bilər.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi bu futbolçu üçün İngiltərə klubuna təklif göndərib.

PSJ 20 yaşlı oyunçu üçün 30 milyon funt sterlinq ödəyəcək.

Ayt-Nuri cari mövsüm Premyer Liqada 8 oyun keçirib.

Peşəkar karyerasına "Anjer"də başlayan futbolçu 2020-ci ildən "Vulverhempton"da oynayır.

Xəbər xətti