Nazarovun komandasından heç-heçə

20:52 - 15 Yanvar 2022

Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” səfərdə “Sankt Pauli” ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Nazarov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

 

19 oyuna 15 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti