İtaliya mətbuatı: "Marsel" - "Qarabağ" matçı neytral stadionda keçirilə bilər

20:53 - 28 Yanvar 2022

İtaliya mətbuatı Konfrans Liqasının pley-off mərhələsinin “Marsel” – “Qarabağ” matçının neytral stadionda keçirilməsinin mümkünlüyündən yazıb.

Sportal.az xəbər verir ki, “İsola News” portalının yazdığına görə, buna səbəb "Qarabağ" futbolçularının COVİD-19 vaksininin Fransada dəstəklənməməsidi. 

İtaliyalı həmkarlarımızın yazdığına görə, UEFA nümayəndələri Azərbaycan komandası üçün istinanın olub-olmadığını öyrənmək üçün Fransa klubunun rəsmilərilə danışıb.

Ancaq onlara rəsmi cavab gəlməyib. İtaliya mətbuatının yazdığına görə, Fransa tərəfindən müsbət cavab gözləməyə də dəyməz. 

Maraqı məqam orasındadır ki, "Marsel"in rəsmi saytı fevralın 17-də "Qarabağ"la matçın biletlərinin həftənin bazar ertəsi satışa çıxacağını elan edib. 

Xəbər xətti