Bəlkə Ayxan Abbasova yalvarıb qaytarasız “Sumqayıt”a? – Aqil Abbasın yazısı

19:04 - 28 Fevral 2022

Ayxan Abbasovun yaratdığı "Sumqayıt" futbol həvəskarlarının sevimlisinə çevrilmişdi. Hətta mən də «Sumqayıt»ın oyunlarına gedib baxmağı xoşlayırdım. Özü də 90 faiz futbolçular yerli uşaqlar idilər. Və demək olar ki, "Sumqayıt" da "Qəbələ" kimi başqa klubların bazasına çevrilmişdi.

 

Lakin biz öyrənmişik ki, ev buzovundan öküz olmaz, lətifəsi Ayxandan uzaq. Ona görə də Ayxanı istefaya göndərib yerinə Belarusdan Aleksey Baqanı gətirdilər. 

 

Azərbaycanda bütün komandalar çempionluq uğrunda oynamalı deyillər ki, boyunlarına belə bir yük qoyulmayıb. Onlar həm də öndə gedən komandalar üçün futbolçu yetişdirməlidirlər. Ona görə axırıncı yerlərdə olmağa nə "Sumqayıt", nə "Səbail", nə də "Keşlə" dilxor olmamalıdır. Gün gələr onlar da çempionluq uğrunda oynayarlar. Onlar da Avropaya gedərlər, necə ki getmişdilər.

 

Bir də bir şey məni maraqlandırır. «Qəbələ»nin maddi durumu aşağı düşən kimi pullu komandalar bu klubun üzdə olan oyunçularını şirnikdirib apardılar. Halbuki həmin oyunçuların çoxunu "Qəbələ" öz akademiyasında yetişdirmişdi.

 

Bircə misal çəkim. Anatoli Banişevskinin ən yaxşı vaxtı "Neftçi" yüksək liqadan düşdü. SSRİ-nin məşhur klubları nə qədər Banişevskiyə elçi düşsələr də, ömrü boyu "Neftçi"yə sadiq qaldı. Bunu da elə belə yazdım.

 

Aqil ABBAS

Xəbər xətti