"Qalatasaray" italiyalı üçün bu kluba təklif göndərdi

12:05 - 28 İyun 2022

"Roma"nın futbolçusu Stefan El-Şaaravi Türkiyəyə yollana bilər.

Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, yarımmüdafiəçi "Qalatasaray"dan təklif alıb.

İstanbul klubu artıq "Roma"ya 29 yaşlı futbolçu üçün təklif də göndərib. Komandanın yeni baş məşqçisi Okan Burukun El-Şaaravini sərəncamında görmək istədiyi iddia edilir.

Xəbər xətti