Yunanıstan millisinin üzvü "Qarabağ"a qarşı oynaya bilməyəcək

Yunanıstan millisinin və "Olimpiakos"un futbolçusu Kostas Manolas komandanı tərk etməyə hazırlaşır.

Sportal.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, müdafiəçi BƏƏ-nin "Əl-Şarja" klubuna keçəcək.

31 yaşlı futbolçu bu il qış "transfer pəncərəsi" zamanı "Napoli"ni Pirey klubuna dəyişmişdi.

O, BƏƏ-yə keçdiyindən Avropa Liqasının "Qarabağ"a qarşı matçlarında iştirak etməyəcək.

"Qarabağ"ın "Olimpiakos"a qarşı ilk oyunu oktyabrın 6-da Pireydə, ikinci görüşü isə oktyabrın 13-də Bakıda keçiriləcək.

Tarix: 22 Sentyabr [13:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Sentyabr 2022
28  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio