"Almaniya millisində yüksək səviyyədə oynayan yalnız bir müdafiəçi var"

15:13 - 2 Dekabr 2022

Almaniya millisinin veteran futbolçusu Bastian Şvaynştayger Qətərdə keçirilən dünya çempionatında qrupda qalan yığma komandanı tənqid edib.

Sportal.az “ARD”a istinadən xəbər verir ki, o, Bundestimin çıxışı barədə bunları deyib:

"Kosta-Rikaya qarşı matç çox pis alındı. Bizim müdafiəmizdə yalnız bir oyunçumuz var ki, yüksək səviyyədə çıxış edir. Bu da Antonio Rüdigerdir. Qalanları isə Bundesliqada ortabab səviyyədə oynayır. Biz yaxşı müdafiəyə olunmağı bacarmalıyıq. Yoxsa, belə alınacaq".

Xatırladaq ki, Almaniya millisi Kosta-Rika, İspaniya və Yaponiya ilə mübarizə apardığı qrupdan növbəti mərhələyə adlaya bilməyib.

Xəbər xətti