"Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub etdi. Demək olar ki, "Neftçi"ni nokdouna göndərdi. Amma fikirləşmirəm ki, onu sıradan çıxarıb. Hər halda, bu kluba yeni rəhbərlik gəlib. Böyük ehtimalla, qış fasiləsində "Neftçi"yə yeni oyunçular cəlb ediləcək. Belədə, yəqin çempionluq mübarizəsinə yenidən qoşulacaqlar. Onlar qışda toparlana bilər. "Qarabağ" həmin qələbə ilə "Neftçi"ni tam sıradan çıxarmayıb. "Neftçi" qışda yaxşı transferlər həyata keçirərək, çempionuq mübarizəsinə yenidən qoşula bilər".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın veteran futbolçusu Elmir Xankişiyev deyib.
O, bu mövsüm "Qarabağ", "Sabah" və "Neftçi" klublarının çempionluq uğrunda mübarizə aparacağını bildirib: "Sabah" son dövrlərdə yaxşı formadadır. Bu klub gözəl oyun göstərir. Doğrudur, son oyunda heç-heçə etdilər. Futboldur da, olur. Amma böyük ehtimalla mübarizə "Qarabağ" "Neftçi" və "Sabah" klubları arasında gedəcək. Amma dediyim kimi, "Neftçi" güclənərsə, bu mübarizədə yer ala bilər. Əks halda, indiki heyətlə çətin ki, çempionluq mübarizəsində olsun. Favoritim "Qarabağ"dır. Məncə, onlar yenə çempion olacaq".
Sonda isə Xankişiyev sabiq komandasının ölkə kubokunun 1/4 finalında "Qəbələ" ilə görüşdəki şanslarından söz açıb: "Kubokda sürprizlər baş verir. Amma məncə, "Qarabağ" "Qəbələ"ni keçərək kubokda yoluna davam edəcək. "Qarabağ" meydana əsas heyətlə çıxmasa, "Qəbələ"nin sürpriz etmək şansı ola bilər. Çox güman ki, "Qarabağ" əvvəlki illərdə olduğu kimi, çempionluq və kubok üçün sona qədər davam etmək istəyəcək. Onlar əsas heyətlə oynasa, "Qəbələ" sürpriz edə bilməyəcək".
Mirbağırağa