Afrikanın ən yaxşı futbolçusu müəyyənləşdi

15:57 - 7 Fevral 2023

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Afrika zonası üzrə 2022-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, ötən ilin ən yaxşısı adına Seneqal millisinin və "Bavariya"nın hücumçusu Sadio Mane layiq görülüb. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

 

Sadio Mane mövsümün əvvəlində "Liverpul"dan "Bavariya"ya transfer olunub. 30 yaşlı futbolçu Münhen təmsilçisinin heyətində meydaqna çıxdığı 23 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti