"Azərbaycanla oyunda qələbə qazanmaq əsas məqsəddir"

19:02 - 23 Mart 2023

Avstriya milli komandasının futbolçusu Marsel Sabitser Avro-2024-ün seçmə mərhələsinin Azərbaycanla keçirləcək matçından əvvəl mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in yarımmüdafiəçisi əsas məqsədlərinin qələbə qazanmaq olduğunu deyib:

"İlk oyunda qələbə qazanmaq əsas məqsəddir. Rəqiblərimizi yaxşı analiz etmişik. Onların güclü tərəflərini, eyni zamanda zəif tərəflərini də bilirik. Biz mütləq Avro-2024-də olmaq istəyirik. Bunun üçün hər şeyi edəcəyik".

Qeyd edək ki, Avstriya - Azərbaycan qarşılaşması sabah Bakı vaxtilə saat 23:45-də baş tutacaq.

Xəbər xətti