"Sumqayıt" 2022/23 mövsümündə - STATİSTİKA

18:17 - 31 May 2023

Misli Premyer Liqasında 2022/23 mövsümü artıq başa çatıb.

Sportal.az xəbər verir ki, “Sumqayıt” mövsümü 31 xal toplayaraq, 7-ci sırada bitirib. 36 turda komandada ümumilikdə 32 futbolçu çıxış edib. Arxada qalan mövsümdə “Sumqayıt”ın heyətində ən çox forma geyinmiş futbolçular – Səbuhi Abdullazadə (35 oyun, 2916 dəq.), Elvin Bədəlov (34 oyun, 3032 dəq.) və Vüsal İsgəndərli (34 oyun, 2572 dəq.) olub.

Premyer Liqanın 2022/23 mövsümündə "Sumqayıt"da ən çox qol vuran futbolçu isə Vüsal İsgəndərli olub. “10” nömrə 34 oyunda (2572 dəqiqə) rəqib qapılarından 6 top keçirib. Todor Todoroski (31 oyun, 25 dəqiqə) ilə Karim Abubakar (18 oyun, 1338 dəqiqə) hərəyə 3 dəfə, Kamran Əliyevlə (13 oyun, 1122 dəqiqə) Almir Aqanspahiç (13 oyun, 1185 dəqiqə) hərəyə 2 dəfə, Vurğun Hüseynov (25 oyun, 2109 dəqiqə), Riçard Qadze (7 oyun, 502 dəqiqə), Murad Xaçayev (30 oyun, 2249 dəqiqə), Steven Pereira (22 oyun, 1927 dəqiqə), Terrens Tisdell (12 oyun, 784 dəqiqə), Dieqo Karioka (10 oyun, 595 dəqiqə), Rüfət Abdullazadə (18 oyun, 711 dəqiqə) və Səbuhi Abdullazadə (13 oyun, 633 dəqiqə) isə hərəyə 1 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. İki qol isə avtoqol nəticəsində qeydə alınıb.

Səbuhi Abdullazadə – 35 (2916)
Elvin Bədəlov – 34 (3032)
Vüsal İsgəndərli – 34 (2572)
Aydın Bayramov – 31 (2790)
Vüqar Mustafayev – 31 (2702)
Todor Todoroski – 31 (2546)
Murad Xaçayev – 30 (2249)
Süleyman Əhmədov – 28 (1848)
Vurğun Hüseynov – 25 (2109)
Steven Pereira – 22 (1927)
Karim Abubakar – 18 (1338)
Rüfət Abdullazadə – 18 (711)
Masaki Murata – 16 (1360)
Filipe Çabi – 15 (808)
Kamran Əliyev – 13 (1122)
Almir Aqanspahiç – 13 (685)
Terrens Tisdell – 12 (784)
Alya Ture – 12 (315)
Damian Daniçiç – 11 (768)
Araz Abdullayev – 11 (424)
Dieqo Karioka – 10 (595)
Rifat Nurmuqamet – 9 (275)
Nihad Əhmədzadə – 9 (128)
Riçard Qadze – 7 (502)
Vüqar Bəybalayev – 6 (346)
Elşən Abdullayev – 6 (66)
İlnur Vəliyev – 5 (450)
Ayxan Süleymanlı – 4 (116)
Ouro-Nil Ture – 3 (140)
İbrahim Əliyev – 3 (42)
Xəzər Mahmudov – 1 (9)
Həsrət Mürsəlov – 1 (6)

Vurulan qollar: Vüsal İsgəndərli (6), Todor Todoroski (3), Karim Abubakar (3), Kamran Əliyev (2), Almir Aqanspahiç (2), Vurğun Hüseynov, Murad Xaçayev, Riçard Qadze, Steven Pereira, Terrens Tisdell, Dieqo Karioka, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə

Xəbər xətti