Firminyo da Səudiyyə Ərəbistanında oynayacaq

14:33 - 26 İyun 2023

"Əl-Əhli" "Liverpul"dan ayrılan Roberto Firminyo üçün hərəkətə keçib.

Sportal.az "O Jogo"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi braziliyalının menecerinə rəsmi təklif göndərib.

31 yaşlı hücumçu Avropada qalmaq istəmir və buna görə "Əl-Əhli"də oynamağa müsbət yanaşıb. O, maliyyə istəkləri qarşılanacağı təqdirdə, menecerindən ərəblərin təklifinə razılıq verməsini tapşırıb.

Braziliya millisinin sabiq forardı "Fiqeyrense", "Hoffenhaym" və "Liverpul" klublarında oynayıb. 

Xəbər xətti