Azarkeşlәrin emosiyasını anlamaq olar, "Qarabağ" xüsusәn Polşa klublarının qәnimi idi ("Visla", "Pyast", "Lex", "Legiya"), ancaq "Rakuv" Reç Pospolita varislәrinin "atlılar"la uğursuz sindromunu qıra bildi.
Adı mәşhur olmadığından, ya da namәlum hansısa sәbәb(lәr)dәn "Qarabağ"ın bu komandaya mәğlubiyyәtini tәsadüf sayanlar, hәtta qeyzlәnәnlәr var.
Onlar düşünür ki, "Qarabağ" oyunçu satır, ancaq almır. BTutaq ki, klub pula hәrislik edir. Bәs әlindәki uğur qazandıracaq oyunçuları satıb uğursuzluğa düçar olmaq yolunu niyә seçsin ki? 10 ildir avrokubokların qrup mәrhәlәsinә yüksәlmәklә hәr mövsüm әn azı 15 milyon manat әldә etmәkdәn gedir söhbәt...
Klub rәhbәrliyinin lazımi qәdәr maliyyә ayırmaması - bu da tәnqid/qınama motivli yanlışlardandır. Vәziyyәt o hәddә çatdı ki, Qurbanov oyunsonrası mәtbuat konfransında bu mәqama toxunmalı oldu. Qısaca demak olar, Kadini 5 milyona satmaq o demək deyil ki, dәrhal 1-2-3 milyonluq futbolçu alınmalıdır hәmin pula. Klublarda iş prinsipinin belә qurulmadığı yәqin sizә dә mәlumdur. Hәm dә "oyunçuları satırlar, yenilәri almırlar" fikri absurddur. Gedәnlәrin hamısı öz istәyi/müqavilә şәrtlәri әsasında burdan ayrılıblar. Bir sözlә, "aldım qoz, satdım qoz" kimi görmәyәk prosesi, klub da bizdәn az istәmir güclәnmәyi. Çünki hamımızdan çox bu, onlara sәrf edәr.
Qurban Qurbanovun qapıçı Şahruddin Mәhәmmәdәliyevlә bağlı inadına görә dә qınayanlar çoxdur. "Qarabağ"ı hәdәfә gәtirәn әsas mәsәlә elә budur. Hәtta bu mәsәlәdә dә qınayanların yanlışa yol verdiyini iddia etmәkçün rasional әsas var.
"Qarabağ" ideoloji klub/komandadır. Burada uğura aparan yolun әsası məhz ideologiyadır. Baş mәsqçi Qurbanov da, klub rәhbәrliyi dә daim çıxışlarında bu detalı ifadә edir. Bu tip komandalarda maliyyә nöqsanları olmamalıdır (heç vaxt haqqında maliyyә şikayәti olmayan yeganә klubumuz saya bilәrik), komandanın birliyi üçün әsas sayılan ideoloji xәttә sadiqlik - hәr problemli vәziyyәtdә emosional balansı qorumaq üçün vә s. "dәmir qaydalar" olur.
Baş mәşqçi Qurban Qurbanovun Şahruddinlә bağlı yanaşmasından qıcıqlananların arqumenti budur ki, o, azarkeşlәrin qınağına әhәmiyyәt vermir. Yanlış anlama da elә burdan yaranır. Dediyimiz kimi, ideya birliyinә әsaslanan komandalarda belә olur vә onların uğurunun әsası da mәhz bundadır. Qurbanovun bu cür "inadları" Rәşad Sadıqovla da bağlı olub, Ramil Şeydayevlә dә vә s.
Әlbәttә, zahirәn anlaşılmazlıq yaranır vә narazı çoxluğu anlamaq da olur, haqlı tәrәflәri dә çoxdur, lakin bunların qәsdәn edildiyini düşünmәk yanlışdır.
"Qarabağ" kimi klublar arabir eniş yaşamalıdırlar ki, yeni tәkan üçün möhkәm әsas yaransın. Әslindә isә faciәvi hal yoxdur, tәmsilçimiz yoluna Avropa Liqasının III təsnifat mərhələsindən davam edәcәk. ÇL-dә daha çox irәlilәmәk, qrup mәrhәlәsinә yüksәlmәk üçünsә "Qarabağ"dan asılı olmayan sәbәblәr daha çoxdur.
Elçin Cəlilov, Futbolpress.az
saytlarin hazirlanmasi