Azərbaycan çempionunun rəqibləri bəlli oldu

19:05 - 8 Avqust 2023

 

FİBA Avropa Kubokunda 2023/2024 mövsümündə təsnifat mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu olan "Sabah"ın da rəqibləri müəyyənləşib. Təmsilçimiz A qrupunda "Donar Qroningen" (Niderland), "Rabotniçki Skopye" (Şimali Makedoniya) və "Rapid Buxarest"lə  (Rumıniya) mübarizə aparacaq.

Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedə yerləşən Kale Arenada keçiriləcək. Qrup qalibi FİBA Avropa Kubokunda müntəzəm çempionata vəsiqə qazanacaq.

"Sabah"müntəzəm çempionata vəsiqə qazanacağı təqdirdə "D" qrupunda "Mornar" (Monteneqro), "Baxçaşehir" (Türkiyə) və "Nimbruk" (Çex Respublikası) komandanları ilə qarşılaşacaq.

Xəbər xətti