"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Emmanuel Hakmanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Toqolu futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Karyerası ərzində Portuqaliyada "Boavişta", "Aveş", "Portimonense", "Jil Visente"nin formasını geyinən müdafiəçi son olaraq Serbiyada "Mladost"un şərəfini qoruyub.
Hakman Toqo millisinin heyətində 8 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi