"İnter" və İtaliya millisinin sabiq hücumçusu Kristian Vyeri "neradzurra"nın bu mövsüm nümayiş etdirdiyi performansı şərh edib.
Sportal.az xəbər verir ki, "La Gazzetta dello Sport"a danışan veteran forvard "İnter"i "Mançester Siti" ilə müqayisə edib:
"A seriyasında heç bir klub "İnter"dən güclü heyətə malik deyil. Romelu Lukakunu çox bəyənirəm. O, "İnter"də olanda ortaya fərq qoydu, amma klub indi Markus Türamla müqavilə imzalayıb və o da güclüdür. Onu komandaya gətirmək qərarı verənləri təbrik edirəm. Stefan De Vrey A Seriyasında 12 matçda əvəzlənib. Lakin İtaliya çempionatının istənilən komandasında əsas heyət üzvü olardı. Məncə, "İnter"in yarımmüdafiəçiləri "Mançester Siti"nin yarımmüdafiəçilərindən güclüdür. Bu mövsüm "neradzurra"nin heyətində Davide Frattesi və Kristian Aslani kimi futbolçu var. "İnter" çox yaxşı kollektivə sahibdir".
50 yaşlı veteran futbolçu 1999-2005-ci illərdə “İnter”də 143 matça çıxıb 103 qol vurub.
saytlarin hazirlanmasi