"Mançester Yunayted" rumın müdafiəçini transfer etmək istəyir

14:50 - 1 Dekabr 2023

"Mançester Yunayted" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Cenoa"da çıxış edən Radu Draquşinin xidmətində maraqlıdır. Bu barədə "Prosport" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi 21 yaşlı mərkəz müdafiəçisinin transferi üçün İtaliya klubu ilə danışıqlara başlayıb.

"Cenoa" Radu Draquşini mövsümün əvvəlində "Yuventus"dan transfer ediv. Rumıniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol  və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti