Media nümayəndələrinə açıqlama verən "Turan Tovuz"un İdarə Heyətinin rəhbəri Ehtiram Quliyev deyib ki, AFFA-nın onlara dəstək olmağa imkanı yoxdur. Bu cümlənin özü belə adamı səksəkəyə salır. AFFA bu qədərmi düşüb ki, pulsuzluqdan şikayət edirlər...
Tovuzdakı süni örtüklü meydançada oynamağın fəsad və çətinlikləri barədə həm "Qarabağ", həm də digər klublarımızın rəsmiləri dəfələrlə danışıb və bu problemin həll olunmasına ümid etdiklərini deyiblər. Ehtiram Quliyevin bölgə klubuna rəhbər gəlməsindən sonra bir çox məsələlər kimi bu çatışmazlığın da aradan qalxmasına inam böyük idi. İnsafən, Ehtiram bəy bu məsələyə də ciddi önəm verdi, qazonun süni örtüyünü təbii örtüklə əvəzləməyə hazır olduqlarını açıqladı. Amma AFFA necə deyərlər, əlini daşın altına qoymaq istəmədi.
"Turan Tovuz"un rəhbəri deyir ki, xərclərin 50 faizini klub qarşılasın, qalan 50 faizini də AFFA. Federasiya rəhbərliyi isə buna cavab olaraq deyir ki, pulumuz yoxdur...
İndi sual yaranır, bir ölkənin futbol federasiyasının Premyer Liqada çıxış edən klubunun stadionunda ot örtüyünü dəyişmək üçün xərclərin bir hissəsini qarşılamağa pulu yoxdursa, hansı günümüzə milli komandaya əcnəbi məşqçi axtarırlar. Bizim haramıza yaraşır əcnəbi mütəxəssis?
Ailəsi evdə acından ölən, özü bütün günü küçələrdə dost-aşna ilə yeyib-içmək məclislərində kef çəkən adama bənzəyir federasiyamız. Bu gün futbola bir qəpik belə xərcləyən sponsora ehtiram göstərməli olduqları halda, qətiyyən dəstək olmaq istəmir bu adamlar. Əsas odur ki, millidə əcnəbi məşqçi olsun!
Həmid
saytlarin hazirlanmasi