2 güləşçimiz Avropa çempionatının finalına yüksəldi

20:41 - 14 Fevral 2024

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan qadın güləşçiləri mübarizəyə başlayıb.

Mariya Stadnik (50 kq) yarımfinalda ukraynalı Oksana Livaça 6:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Alyona Kolesnik (59 kq) isə polşalı Patrisiya Gili 7:3 hesabı ilə məğlub edərək finala adını yazdırıb.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.

Xəbər xətti