Mariya Stadnik 10-cu dəfə Avropa çempionu oldu

20:53 - 15 Fevral 2024

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan güləşçisi Mariya Stadnik final görüşünə çıxıb.

İdmançımız Türkiyəni təmsil edən Evin Demirhanla üz-üzə gəlib. Rəqibinə "tuş"la qalib gələn Stadnik Avropa çempionu titulunu qazanıb.

Qeyd edək ki, bu, Mariya Stadnikin qitə birinciliyində qazandığı 10-cu qızıl medaldır.

Xəbər xətti