"Bayer" Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində sabah Bakıda "Qarabağ"la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib:
"Artıq qrup mərhələsi deyil, 1/8 final mərhələsidir. Yaxşı nəticə qazanmaq üçün ağıllı oynamalıyıq. Biz onları tanıyırıq, onlar da bizi. Avropa Liqası çox gözəl turnirdir. Şansımız varsa, mübarizə aparmaq istəyirik. Sonra yenidən Bundesliqa oyunları gəlir. Sıx qrafikə hazırıq. "Qarabağ"ın pley-off mərhələsində "Braqa" ilə keçirdiyi hər iki oyununu təhlil etmişik. Tipik “Qarabağ” performansı gördük. Təhlükəli çıxış etdilər və uğur qazandılar. 10 nəfərlə mübarizə aparsalar da, sona qədər əzmkarlıq göstərdilər. Qurban Qurbanovla yaxşı söhbətimiz oldu, aramızda gizlədiləsi heç nə yoxdur. O, yaxşı məşqçidir".
saytlarin hazirlanmasi