Çempionlar Liqası: 1/4 finalın püşkatması keçiriləcək

11:43 - 15 Mart 2024

Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın püşkü atılacaq.

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma 15:00-da start götürəcək.

Bu mərhələnin matçları 9-10 və 10-16 apreldə baş tutacaq.

Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanan klublar:Arsenal (İngiltərə), "Atletiko" (İspaniya), "Barselona" (İspaniya), "Bavariya" (Almaniya), "Borussiya"(Dortmund) (Almaniya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa) və "Real"dır (İspaniya).

Xəbər xətti