"İnter" forvardına 10 milyon avro maaş verməlidir

11:44 - 1 Aprel 2024

"İnter" hücumçusu Lautaro Martinezlə yeni müqavilə imzalayacağına ümid edir.

Sportal.az "TMW" portalına istinadən xəbər verir ki, futbolçunun agenti Alexandro Kamano Çempionlar Liqasında "Atletiko” (Madrid) ilə cavab oyunu öncəsi klub nümayəndələri ilə danışıqlar aparıb. 

Tərəflər hələlik əmək haqqının məbləği ilə bağlı razılığa gələ bilmirlər. Lautaro Martinez illik 10 milyon avro qazanmaq istəyir. "İnter" isə 8 milyon avro maaş və bonuslarla kifayətlənməyi planlaşdırır. Avropanın əksər klublarından təklif alan Martinezin hansı qərarı verəcəyi mövsümün sonunda dəqiqləşəcək.

2018-ci ildə Argentinanın "Rasinq" klubundan "İnter"ə keçən argentinalının müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti