Çempionlar Liqası: PSJ "Barselona"nı qəbul edir

09:34 - 10 Aprel 2024

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində daha iki matç baş tutacaq. 

Sportal.az xəbər verir ki, "Borussiya" Madriddə "Atletiko"nun qonağı olacaq. PSJ isə "Barselona"nı qəbul edəcək.

Hər iki cütün cavab görüşü aprelin 16-da keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar

10 aprel

23:00. "Atletiko" (İspaniya) – "Borussiya" (Dortmund, Almaniya)
Baş hakim: Marko Quida (İtaliya)
Madrid, “Metropolitano” stadionu

23:00. PSJ (Fransa) – "Barselona" (İspaniya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Paris, “Park De Prens” stadionu

Xəbər xətti