Azərbaycanın iki yunan-Roma güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sportal.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinalda Razvan Arnaut (Rumıniya) üzərində 8:2 hesabı ilə qalib gələrək Olimpiya lisenziyasını qazanıb.
Digər güləşçimiz Rafiq Hüseynov isə (87 kiloqram) gürcüstanlı Laşa Qobadzeni 4:1 hesabıyla məğlub edərək Paris-2024-də iştirak etmək hüququ əldə edib.
saytlarin hazirlanmasi