“Neftçi”nin yaxın vaxtlarda heyətini monteneqrolu futbolçu ilə gücləndirəcəyi haqda xəbər vermişdik.
Sportal.az “Nacionale”yə istinadən xəbər verir ki, söhbət “Ballkani”dən ayrılan Edvin Kuçdan gedir.
O, məsələ haqda da danışıb: “Balkani”də hər şeyi qazanmışam. Məşqçilərə, komanda yoldaşlarıma minnətdaram, amma indi getmək vaxtıdır. “Karyeramı Azərbaycanın “Neftçi” klubunda davam etdirəcəm”.
30 yaşlı yarımmüdafiəçi “Deçiç”, “Usti nad Labem”, “Mladost”, “Rudar”, “Balkani”, “Gjilani” klubunda oynayıb.