"Zenit"dən ayrıldıqdan sonra çətin ki, bu klub Lunyova fikir versin"

10:34 - 25 May 2024

"Zenit"in keçmiş məşqçisi və idman direktoru Boris Rapoport "Qarabağ"ın qapıçısı Andrey Lunyov haqda danışıb. 

Sportal.az “Спорт уик-энд” portalına istinadən xəbər verir ki, təcrübəli futbol adamı qolkiperin yenidən Sankt-Peterburq klubuna qayıtmaq şanslarından söhbət açıb: 

"Düşünmürəm ki, hazırda “Zenit”in əsas məqsədi başqa qapıçı transfer etməkdir. Axı bu, çox pul tələb edəcək. Üstəlik, “Zenit”dən ayrıldıqdan sonra çətin ki, Sankt-Peterburq klubu Lunyova fikir versin”.

Xatırladaqq ki, Andrey Lunyov 2017-2021-ci illərdə "Zenit"də çıxış edib.

Xəbər xətti