Məmmədovun komandası qalib gəldi

11:23 - 26 May 2024

Polşa çempionatında 34-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, sonuncu turda  Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “LKS Lodz” doğma meydanda “Stal” (Melets) klubuna 3:2 hesabı ilə qalib gəlib. 

Məmmədov bütün oyunu meydanda olub və 79-cu dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

“LKS Lodz” 24 xal toplayıb, sonuncu yerdə qərarlaşıb və Ekstraklasadan aşağı liqaya düşüb.

Xəbər xətti