Mərakeşli futbolçu "Qəbələ" ilə vidalaşdı

21:10 - 26 May 2024

"Qəbələ"nin futbolçusu Əyyub Allaş klubla vidalaşıb.

Sportal.az xəbər verir ki, mərakeşli vinger sosial şəbəkə hesabında paylaşım edib. O, klubda olan hər kəsə təşəkkürünü bildirib:

"Salam, "Qəbələ". Öncə mənə dəstək olan hər kəsə, kluba, məşqçilər heyətinə,  azarkeşlərə təşəkkür edirəm. Mən hər zaman məşqlərdə və oyunlarda əlimdən gələnin ən yaxşısını edirdim. Son olaraq hər kəsə uğurlar arzulayıram".

Qeyd edək ki. Əyyub Allaş 2023-cü ilin yanvar ayından "Qəbələ"də çıxış edirdi. 26 yaşlı futbolçu bu mövsüm "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti