Tovuzda uşaqlara futbol topları hədiyyə olundu - FOTO

20:33 - 27 May 2024

Misli Premyer Liqasının son turunda keçirilən “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” PFK-nın və “Baku Electrnonics”in nəznində yaradılmış Təkan fondunun dəstəyi ilə oyun müddətində balaca azarkeşlər üçün əyləncəli oyun günü aksiyası keçirilib.

Sportal.az xəbər verir ki, oyun başlamadan öncə stadiona gələn uşaqlara futbol topları hədiyyə olunub, onlar üçün maraqlı face art təşkil edilib.

Bundan əlavə “Baku Electronics”in maskotu olan “Sizin Adam” balaca azarkeşləri əyləndirərək oyuna rəng qatıb.


Xəbər xətti