Türkiyə millisinin hücumçusu: "Bakıda da Azərbaycana qalib gəlmək istəyirik"

11:34 - 28 May 2024

Türkiyənin qadınlardan ibarət futbol yığmasının futbolçusu Arzu Karabulut Millətlər Liqasının B1 qrupunda Azərbaycana qarşı Ərzincanda keçirəcəkləri oyun (31 may) haqda danışıb.

Sportal.az xəbər verir ki, TFF-yə danışan millinin hücumçusu millimizlə görüşlə bağlı bunları deyib:

"Mayın 20-dən Ərzincanda hazırlaşırıq. Hər kəs tamamilə konsentrasiya olub. Azərbaycanla oyunlara tam ciddi hazırlaşırıq. Biz bu rəqiblə tanışıq. Azarkeşlərin üstünlüyü bizdə olacaq. Düşünürəm ki, onlarla birləşərək Ərzincanda Azərbaycanla matçda qələbə qazanacağıq. Daha sonra Bakıda da qalib gəlmək istəyirik ki, turnirin pley-off mərhələsinə gedən yolumuzu davam etdirək".

Qeyd edək ki, Türkiyə və Azərbaycan milli komandalarının oyunun mayın 31-də Erzincanda “13 şubat” şəhərində keçiriləcək və matça Bakı vaxtı ilə 21:00-da start veriləcək.

Xəbər xətti