Bir neçə gün əvvəl sportinfo.az saytında AFFA-nın İşçi Qrupunun rəhbəri Elşad Nəsirovun buradakı fəaliyyətini dayandırdığına dair məlumat yayılmışdı. Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın mətbuat katibi Elnur Məmmədliyə müraciət etdik. Cavab da aldıq, amma cavabdan bir şey çıxara bilmədik.
Federasiyanın sözçüsü bildirib ki, onlara Elşad Nəsirovun istefası ilə bağlı heç bir müraciət olunmayıb. Yəqin demək istəyir ki, Elşad Nəsirov istefa verməyib və İşçi Qrupunda işinə davam edir. Elnur bəy belə deməsə də, biz onun dediklərini belə başa düşürük. Sözlərinə onu da əlavə edib ki, İşçi Qrupunun işini dayandırması barədə qərarı İcraiyyə Komitəsi verə bilər.
Elnur Məmmədlinin yarımçıq cavablarından yeni suallar ortaya çıxır. Milliyə yeni baş məşqçini İşçi Qrupu seçir, ya yox? Axı, Rövşən Nəcəf AFFA prezidenti seçilərkən milli komandaya baş məşqçi məsələsində qərarın İşçi Qrupu tərəfindən veriləcəyini və onların da bu qərarı təsdiqləyəcəklərini demişdi.
Təəssüf ki, AFFA yenə də suallarımıza dolğun cavab verməkdə çətinlik çəkir. Cavablar ya qırıq-qırıq olur, ya da natamam...
Sportal.az
saytlarin hazirlanmasi