Azərbaycanda yeni stadion tikiləcək – 15000 nəfərlik

17:52 - 9 İyun 2024

Azərbaycanda yeni stadion inşa ediləcək.

Sportal.az İdmanxeber.az-a istinadən xəbər verir ki, başa çatan mövsümü Azərbaycan II liqasında keçirən, 2024-2025 mövsümünü Region Liqasında mübarizə aparacağı gözlənilən “Şəfa” klubunun yeni sahibi – “MY Group” MMC komanda üçün yeni stadion tikəcək. 

Arenanın Bakı şəhərində tikiləcəyi dəqiq olsa da, konkret olaraq məkan bəlli deyil. Rəhbərlik bu istiqamətdə çalışmalarını davam etdirir. Paytaxtda tikiləcək stadionun tutumu 15000 nəfərlik olacaq. Stadionun 2026-2027-ci ilə kimi tikilib istifadəyə verilməsi gözlənilir.

Xəbər xətti