Tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yollanan gürcülər 1/8 finala çıxmaqla ən yeni tarix yazdılar. Heç kim bunu gözləmirdi. Heç özləri də. Amma bacardılar.
Bütün Gürcüstan sevinc içindədir. Biz isə yetim yetim baxırıq... Deməyə sözümüz yox, ümid etməyə də bir səbəb. Belə baxanda, gürcülər sovet vaxtı da futbolda bizdən üstün olublar, sovet dağılandan sonra da. "Dinamo" Tbilisi 1981-ci ildə Kuboklar Kubokunu başı üzərində qaldıranda, "Neftçi" SSRİ çempionatlarında baş girləməklə məşğul idi.
Futbolumuza böyük pullar axmağa başlayanda, bir ümid yarandı ki, bəlkə nəsə olar. Amma necə olasıydı ki? Futbolumuzda hansı işlər görüldü ki, nəticəsini də görə bilək...
Gürcüstan Avropa çempionatında tarix yazdığı vaxtda AFFA rəhbərliyi yeni inkişaf strategiyası yazmağa xaricdə adam axtarır. Deyirlər ki, 2028-ci ildə Avropa çempionatına düşməliyik Santuşla. Gözləyək də! Bir şey olası deyil də, insan gözləyir amma...
Həmid
saytlarin hazirlanmasi